İran Prezidenti Məsud Pezeşkian dolayı nüvə danışıqları apardığı ABŞ Prezidenti Donald Trampın sözlərini tənqid edib.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İran prezidenti paytaxt Tehranda donanma tədbirində çıxış edərkən danışıb:
“Bir tərəfdən o (Tramp) sülhdən danışır, digər tərəfdən isə ən qabaqcıl kütləvi qırğın vasitələri ilə hədələyir. Hansına inanmalıyıq?”
O, Tehranın İran-ABŞ nüvə müzakirələrini davam etdirəcəyini, lakin təhdidlərdən qorxmadıqlarını ifadə edib:
“Biz müharibə istəmirik”.
Billurə Yunus