Finlandiya parlamentinin baş katibi Antti Pelttari dövlətə xəyanətdə şübhəli bilinir.
“Kriminal.az ” xəbər verir ki, bu barədə “Yle” teleradio şirkəti məlumat yayıb.
Bildirilir ki, o, Təhlükəsizlik Polisinin rəhbəri kimi əvvəlki işində cinayətlər törətməkdə şübhəli bilinir.
İş milli təhlükəsizliklə bağlı dövlət sirrinin açılması kimi araşdırılır.
A.Pelttari bildirib ki, özünü cinayətdə təqsirli hesab etmir.
Günahı sübuta yetirilərsə, onu 4 aydan 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.(Report)