Fransada 2030-cu il Qış Olimpiya Oyunlarının ləğv edilməsini tələb edən bir neçə məhkəmə iddiası qaldırılıb. Oyunlar Fransanın Alp dağlarında keçirilməlidir.
Kriminal.az xəbər verir ki, 2030-cu il Olimpiya Oyunlarına qarşı Alp regionunda iki məhkəmə iddiası qaldırılıb. İddiaların təşəbbüskarları "JOP 2030" vətəndaş qrupu, yerli seçilmiş nümayəndələr və ətraf mühitin qorunması üzrə assosiasiyalardır.
Vətəndaşlar tərəfindən qaldırılan iddia Lionun inzibati məhkəməsinə göndərilib. Onlar, həmçinin Briansonda Olimpiya kəndinin və Nitsada buz meydançasının tikilməsi ilə bağlı Olimpiya müqaviləsinin dayandırılmasını tələb edirlər. Müraciət edənlər Olimpiadaya hazırlıq zamanı ekoloji təsirlərin və əsassız maliyyə xərclərinin artmasından narahat olduqlarını bildiriblər.(oxu.az)