Hazırda Rusiyada yerli istehsal olan kartof, şəkər çuğunduru və bir sıra digər kənd təsərrüfatı məhsulları qıtlığı var.
Kriminal.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iş adamları ilə görüşü zamanı deyib.
“Bizdə kartof, bir az tərəvəz və şəkər çuğunduru çatışmır. Bu sektorların, o cümlədən emal sahələrinin işinin sabitliyini təmin etmək lazımdır. Hələ görüləsi çox şey var", - Putin deyib.
Putin vəziyyətdən çıxış yolu kimi Belarusdan kartof alınmasını qeyd edib:
“Əlbəttə, Belarusda kartof almaq olar, onlar orada kartof üzrə əla mütəxəssislərdir, lakin sizin də öz kartofunuz olsa yaxşı olardı”.
Amma Vladimir Putin kartofu ilə məşhur olan Belarusun bu məhsulun mövcudluğu ilə bağlı problem yaşanmasında da təəccüblənib.
Belə ki, Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin Putinin Belarusdan kartof alınması təklifinə “Orada da bitdi” replikası ilə cavab verib.
Putin həqiqətən də təccüblənərək: "Necə bitdi?"
Vəziyyət o həddə çatıb ki, Putin bu məsələni Aleksandr Lukaşenko ilə müzakirə etməli olub.
Putin Lukaşenko ilə danışığında şikayət edərək deyib: “Maksim (Maksim Oreşkin nəzərdə tutulru-red) deyir ki, Belarusda artıq kartof yoxdur, bu nədir?”
Belarus prezidenti Aleksandr Lukaşenko da deyilənləri təsdiq edirək bildirib ki, bütün məhsullar Rusiyaya satılıb.
Mürtəza
Kriminal.az