ABŞ Dövlət Departamenti prezdent Donald Trampın Rusiyaya qarşı ciddi tədbirlərə əl atacağı barədə xəbərdarlıq edib.
Kriminal.az “Financial Times”ə istinadən xəbər verir ki, mayın 27-də Dövlət Departamentinin sözçüsü Tammi Bryus açıqlamasında Kremlin rəhbəri Putin son günlərdə baş verənlərə görə, Amerika lideri Donald Trampın qəzəbini hiss etməyə başlayıb.
Onun dediyinə görə, Tramp məsələyə fərqli baxışı olsa da, proseslər çox sürətlə əks istiqamətdə inkişaf edə bilər.
Nəşr qeyd edib ki, Trampın son bəyanatları Putinin danışıqlarda aşkar barışmazlığından artan məyusluğu nümayiş etdirir. Xüsusilə Moskva güzəştə getmir və atəşi dayandırmaqdan imtina edir.
Tramp sanksiyaların Moskva ilə gələcək münasibətləri çətinləşdirə biləcəyindən ehtiyat etdiyindən müəyyən mənada çəkinir. Lakin Rusiyanın son hərəkətləri, o cümlədən müharibə başlayandan bəri Ukrayna şəhərlərinə ən böyük PUA və raket hücumları Trampın mövqeyinə yenidən baxmağa vadar etməkdədir.
Trampın Ukraynaya son hücumlara görə Putini “odla oynamaqda” ittiham etməsi, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulu üçün səylərin artması ilə üst-üstə düşür.
Qeyd edək ki, Konqresin 80-ə yaxın senatı Rusiyadan neft, qaz, uran və digər resursları almağa davam edən ölkələrdən idxala 500% “ikinci dərəcəli” rüsumlar tətbiq etməyi təklif edir. Bununla bağlı sənəd layihəsi artıq Konrqesə təqdim edilib.
Mürtəza
Kriminal.az