İngiltərədə cinsi cinayətkarlar kastrasiya ediləcək.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, pedofillər və təcavüz edənlər artıq kimyəvi yolla axtalana bilər.
Proqram birinci mərhələdə İngiltərə və Uelsdəki 20 həbsxanada həyata keçiriləcək.
Hökumətin gündəmində olan “kimyəvi kastrasiya” tətbiqi cinayətkarlara iki ayrı dərman verilməsini nəzərdə tutur. Bu dərmanlardan biri cinsi düşüncələri boğur, digəri isə testosteron səviyyəsini aşağı salaraq libidonun azalmasına səbəb olur.
Araşdırmalar göstərib ki, bu müalicə cinayət nisbətlərini üçdə iki nisbətində azalda bilər.
Kimyəvi kastrasiya Almaniya, Fransa, İsveç və Danimarka kimi ölkələrdə könüllü olaraq tətbiq edilir. Bəzi cinsi cinayətkarların öz istəkləri ilə bu müalicəyə müraciət etdikləri bildirilir. ABŞ-nin Kaliforniya ştatında bu üsuldan şərti azadlığa buraxılmış cinayətkarlar üçün istifadə olunur.
Billurə