Tailandda sevgilisini öldürmək istəyən gəncin atdığı bomba özünün həyatına son qoyub.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, Surat Thani şəhərində Suraponq Thongnak (36) adlı kişi keçmiş sevgilisi Kanonraphat Saowakhonu (28) öldürmək istəyib.
Cəmi 2 ay davam edən münasibətdən sonra ayrılığı qəbul edə bilməyən Suraponq barışmaq üçün keçmiş sevgilisinin evinə gedib. Rədd cavabı alan gənc əvvəlcə qıza xəsarət yetirməyə çalışıb. Ailəsinin müdaxiləsi ilə qarşısı alınan Suraponq avtomobilindən əl qumbarasını götürərək evə tərəf atıb. Lakin bomba beton dirəyə dəyib və geri sıçrayıb. Suraponq onu götürmək istəyərkən bomba əlində partlayıb və o ölüb.
Kişinin keçmiş sevgilisi və 68 yaşlı kişi də daxil olmaqla 4 nəfər yüngül xəsarət alıb.
Suraponqun avtomobilində qadağan olunmuş maddələr aşkar edilib.
Polis onun bombanı haradan əldə etdiyini araşdırır.
Billurə