kriminal.az
Çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq - RƏSMİ

Yeni qanunun qəbulundan sonra çoxmərtəbəli binalarına təbii qaz daxil olmayacaq və bununla da həmin binalarda daha təhlükəsiz mühit yaranacaq.

Kriminal.az xəbər verir ki, bunu Milli Məclisdə “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı keçirilən dinləmələr zamanı energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Nazir müavini deyib ki, indi əsas təhlükəli sayılan məsələ təbii qazın çoxmərtəbəli binalara daxil olması ilə bağlıdır: “İstilik təchizatı haqqında” yeni qanunun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq. Evlərdə isti sudan istifadə üçün əsasən elektrik enerjisindən istifadə edəcəklər”.

Qeyd edək ki, yeni qanun mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin yaradılması nəzərdə tutulduğundan çoxmərtəbəli binalarda mənzillərə qaz verilişi dayamndırılması nəzərdə tutulur.

Mürtəza
Kriminal.az

Top
0.060034990310669