Amerikanın "Tesla" şirkəti Kaliforniya ştatının Fremont şəhərindəki zavodunda bu ilin aprelin 15-dən 20-dək istehsal olunmuş 172 "Model Y" elektrikli avtomobillərini geri çağırır.
Kriminal.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Bu avtomobillərdə, bir və ya hər iki ön şüşə yuyan, şlanq birləşməsindəki qüsur səbəbindən işləməyə bilər. Bu, yuyucu mayenin ön şüşəyə çatmasının qarşısını ala və görmə qabiliyyətinə mənfi təsir göstərərək qəza riskini artıra bilər.
Bu məsələ ilə bağlı hər hansı insident barədə məlumat verilməyib.