kriminal.az
Ermənistanda çevriliş cəhdinə görə həbslər başladı

Ermənistanda dövlət çevrilişi planlaşdırmaqda ittiham edilən 15 nəfər saxlanılıb.

Kriminal.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Hökuməti qanunsuz yollarla devirməyi planlaşdırmaqda ittiham olunan arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla, 15 şübhəli hakim qarşısına çıxarılıb və həbs edilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan müxalifətinin ölkədə dövlət çevrilişi planlaşdırdığı və bu məqsədlə xüsusi plan hazırladığını açıqlamışdı.

"Çevriliş strategiyası"nın ötən ildən hazırlandığı, planın icrasına iyulun 23-də başlanacağı qeyd edilirdi.

Məlumata görə, çevrilişi planlaşdıranlar arasında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın, həmçinin "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Srbazan (Qalstanyan), bir müddət əvvəl həbs edilmiş milyarder Samvel Karapetyanın və "Çiçəklənən Ermənistan" partiyasının qurucusu Qaqik Tsarukyan da olub.

Siyahıda, həmçinin "Qazprom Armeniya" şirkəti və "Rusiya Dəmir Yolları"na məxsus "Cənubi Qafqaz Dəmir Yolu" şirkəti də var.

Billurə Yunus

Top
0.064321041107178