kriminal.az
General həyəcanlı bəyanat: Bu ölkə görünməmiş miqyasda hərbini gücləndirir - Yeni müharibə...

Çin hərbi imkanlarını və texnologiyalarını daha əvvəl görünməmiş sürət və miqyasda inkişaf etdirir.

Kriminal.az xəbər verir ki, bunu ABŞ Ordusunun Sakit okean komandanlığının (USARPAC) rəhbəri, general Çarlz Klerk bəyan edib.

“Bu, Çinə diqqətimizin nə qədər vacib olduğunu göstərir. Çünki o, hərbi gücünü və texnologiyalarını elə bir sürət və ölçüdə inkişaf etdirir ki, biz indiyə qədər belə bir şeylə üzləşməmişik”, – deyə general vurğulayıb.

General Klerk əlavə edib ki, yalnız Çin deyil, Şimali Koreya da hərbi potensialını artırmaqla məşğuldur: “Biz əmin olmalıyıq ki, dəyişən müharibə şərtlərinə uyğun şəkildə zamanla ayaqlaşır və rəqiblərimizi qabaqlayırıq. Şimali Koreya da məhz bunu öyrənir – özü də Ukraynada baş verənlərdən çox sürətlə dərs alır”.

Kriminal.az

Top
0.065304040908813