kriminal.az
Bu serialın aktyoru müharibədə HƏLAK OLDU

Rusiyalı aktyor Vadim Alferov Ukraynada aparılan hərbi əməliyyatlar zamanı həlak olub.

Kriminal.az xəbər verir ki, Alferov 2024-cü ilin oktyabrında müqavilə imzalayaraq Kursk vilayətində döyüş tapşırıqlarını yerinə yetirən motoatıcı dəstəyə qoşulmuşdu. Onun itkin düşməsi ilə bağlı bildiriş isə ötən ilin dekabrında veilmişdi.

Qeyd edək ki, V. Alferov "Birinci şöbə", "İstintaq sirləri", "Fənərləri sınmış küçələr", "Ölümcül güc", "Dəniz şeytanları" seriallarında rol alıb.

Top
0.059873819351196