Qüds Dairə Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahunun vəkillərinin vəsatətini qismən təsdiqləyib və onu bir həftə müddətinə korrupsiya işi üzrə dinlmələr çərçivəsində ifadə verməkdən azad edib.
Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Ynet" portalına məlumat yayıb.
Məlumata görə, bu qərarı hakimlər baş nazirin tələbi ilə keçirilən qapalı iclasdan sonra qəbul ediblər.
Bir neçə gün əvvəl Netanyahunun vəkilləri İranla vəziyyətin gərginləşməsi və digər regional hadisələr fonunda baş nazirin bütün vaxtını Qəzza zolağındakı müharibə və orada saxlanılan girovların azad edilməsi məsələsi də daxil olmaqla, siyasi və təhlükəsizlik məsələlərinə həsr etməli olduğunu əsas gətirərək, baş nazirin ifadəsinin iki həftə təxirə salınmasını istəmişdilər.