Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistanın xarici işlər naziri Mirzoyan gəlməyəcək”, - deyə departamentdən bildirilib.
Qeyd edək ki, iyunun 30-da Qırğızıstanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iclasda iştirak edəcək.
Həmidə İbrahimova