kriminal.az
Bu ölkədə çimərliklərdə, məktəb və kitabxanaların yaxınlığında siqaret çəkmək qadağan olundu

Fransada ictimai yerlərdə siqaret çəkməyi məhdudlaşdıran fərman qüvvəyə minib.

Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, Fransa hakimiyyəti siqaret qadağasını uşaq və yeniyetmələrin müdafiəsi ilə izah edir.

Məlumata görə, artıq çimərliklərdə, avtobus dayanacaqlarında, məktəb və kitabxanaların yaxınlığında siqaret çəkmək qadağandır.

Qanuna əməl edilməməsi 135 avroya qədər cərimə ilə nəticələnə bilər, lakin bundan əvvəl bir müddət “aydınlaşdırma müddəti” olacaq və bu müddət ərzində siqaret çəkənlərə xəbərdarlıq ediləcək. 

Həmidə İbrahimova

Top
0.071048021316528