"İlon Musk məni prezident kimi açıq şəkildə dəstəkləməzdən xeyli əvvəl, mənim elektrik avtomobillərlə bağlı məcburi tələblərə qəti şəkildə qarşı olduğumu bilirdi. Bu, mənasızdır və hər zaman seçki kampaniyamın əsas mövzularından biri olub. Elektrik maşınları yaxşıdır, amma heç kim belə bir maşını almağa məcbur edilməməlidir".
Kriminal.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.
"İlon tarixdə hər hansı bir şəxsdən qat-qat çox subsidiya ala bilər və bu subsidiyalar olmasa, yəqin ki, işini bağlayıb Cənubi Afrikaya qayıtmalı olardı. Nə raket buraxılışı, nə peyklər, nə də elektrik avtomobili istehsalı qalardı. Bu halda ölkəmiz böyük miqdarda vəsaitə qənaət etmiş olardı. Bəlkə də buna diqqətlə nəzər salmalıyıq? Çox böyük pula qənaət oluna bilər", - deyə o qeyd edib.
Həmidə İbrahimova