Ukrayna ərazilərinin geri dönüşü mümkün olmayan şəkildə itirilib.
Kriminal.az xəbər verir ki, bunu Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov “Cəbhə xəttində” proqramının efirində deyib. O, vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırıb.
Budanov həmçinin “Rusiya əsgərinin ayaq basdığı yer Rusiya torpağı sayılacaq” fikri ilə razılaşdığını bildirib.
“Onlar haraya çatsalar, oranı nəzarətə götürəcəklər. Sizcə, bunu anlamayan var? Ümid edirəm ki, hamı anlayır”, – deyə ölkənin baş kəşfiyyatçısı kədərli sima ilə vurğuladı.