Bir həftə ərzində Günəş altıncı dəfə 1 milyon km-dən böyük ölçüdə yeni plazma strukturunu havaya buraxıb.
Kriminal.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAS) Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.
"Günəş kosmosa atılan qabarıqlıqların ölçüsünə görə rekord vurmağa davam edir. Kadrda Moskva vaxtı ilə saat 09:00 və 14:00 aralığında (Bakı vaxtı ilə 10:00-15:00) Günəş sisteminin şimal qütbünə doğru buraxılan bir milyon kilometrdən böyük ölçüyə malik yeni nəhəng plazma strukturu qeydə alınıb", - qeyddə bildirilir.
Alimlər əlavə ediblər ki, bu emissiyadan təqribən bir gün əvvəl Günəşin əks cənub qütbünün yaxınlığında eyni ölçüdə obyekt qeydə alınıb.