Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların artırılmasını müzakirə edib.
“Kriminal.az ” xəbər verir ki, bu məsələ Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) Çinin paytaxtı Pekində keçirilən XII Konqresinin birinci günündə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov ilə “Qazaxıstan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov arasında keçirilən görüşdə müzakirə olunub.
Tərəflər logistik prosesləri sürətləndirəcək və sadələşdirəcək TBNM marşrutunun rəqəmsallaşdırılması və avtomatlaşdırılmasına xüsusi diqqət yetiriblər. Daşımaların səmərəliliyini artırmaq üçün Azərbaycan və Qazaxıstan dəmir yollarının informasiya sistemlərinin inteqrasiyası tədbirləri də müzakirə olunub.