İspaniya Ali Məhkəməsi mesencerdə ölkənin baş naziri Pedro Sançesi öldürməyi təklif edən şəxsə verilən hökmü qüvvədə saxlayıb.
Kriminal.az xəbər verir ki, bu barədə məhkəmənin rəsmi press-relizində məlumat verilib.
Üç il əvvəl təqsirləndirilən şəxs hökumət başçısının öldürülməsi təklifi ilə bağlı cinayətlər və qanunsuz olaraq hərbi silah saxlama ittihamı ilə 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Kişi hələ 2018-ci ildə saxlanılıb. O, hakimiyyətin diktator Fransisko Frankonun qalıqlarını ekshumasiya etmək qərarından dəfələrlə narazılığını bildirib və radikal fikirlərini gizlətməyib. Kişi həm şəxsi mesajlarında, həm də açıq şəkildə baş naziri öldürmək niyyətində olduğunu bəyan edib.(oxu.az)