ABŞ Prezidenti Donald Tramp İraq, Liviya və Əlcəzairdən gələn mallara 30 faiz, Filippin, Bruney və Moldova mallarına isə 25 faiz rüsum tətbiq edib.
“Kriminal.az ” xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da məlumat verib və paylaşımına müvafiq məktubları əlavə edib.
Məktublarda qeyd olunur ki, adıçəkilən ölkələrin şirkətləri ABŞ-də istehsalat müəssisələri açsalar, ABŞ onlar üçün tarifləri ləğv etməyə hazırdır.