Qırmızı dənizdə Yunanıstana məxsus “Eternity C” gəmisinin batmasının məsuliyyətini Yəmənin “Ənsərullah təşkilatı üzərinə götürüb.
Kriminal.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya məlumat verib.
Bildirilib ki, hücum pilotsuz qayıqdan, həmçinin 6 qanadlı və ballistik raketdən istifadə edilərək həyata keçirilib.
Qeyd edək ki, “Eternity C”in 25 heyət üzvündən 4-ü həlak olub, daha 7-si xilas edilib və 14 nəfər itkin düşüb.