kriminal.az
Neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb.

Kriminal.az  xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri 0,29 ABŞ dolları (0,42 %) ucuzlaşaraq 1 barel üçün 68,92 ABŞ dolları təşkil edib. Bazar ertəsi “Brent” markalı neftin qiyməti 1,15 ABŞ dolları (1,6 %) aşağı düşərək 1 barel üçün 69,21 ABŞ dolları olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin avqust fyuçerslərinin qiyməti bu vaxta qədər elektron ticarətdə 0,34 ABŞ dolları (0,51 %) aşağı düşərək 1 barel üçün 66,64 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyada müqavilə 1,47 ABŞ dolları (2,1 %) ucuzlaşaraq 1 barel üçün 68,98 ABŞ dolları olub.

Top
0.057184934616089