kriminal.az
Xızının İcra başçısı şəhid ailələrini qəbul otağından qovdu VİDEO FAKT

Korrupsiya.az ın redaksiyasına şəhid ailələri tərəfindən video ünvanlanıb.

Azərbaycanda şəhid ailələrinə qarabağ qazilərinə,qarabağ şəhidləri ailələrinə xüsusəndə xüsusi kateqoriyaya aid olan şəxslərə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayği əvəz olunmazdir.Bu gün hər bir azərbaycanlı ölkə rəhbərinin yuxarıda sadaladıqlarımız ailələrə göstərdiyi diqqətdən ağız dolusu danışır.Danılmaz bir faktdır ki, şəhid ailələrinə və qazilərimizə ölkənin müxtəlif rayonlarında yeni-yeni yaşayış binaları tikilib həmin şəxslərin istifadəsinə verilir.Ölkə rəhbəri hər dəfə çıxışlarında icra başçılarına,nazirlərə xüsusəndə məmur kateqoriyası olan şəxsləre ciddi tapşırıqlar verərək hər birini xalqın xidmətçisi olduqunu xususilə vurğulayir.Lakin bəzi icra başçıları prezidentin bu çıxışlarını təkzib edərək şəhid ailələrinə,qazilərə rəhbərlik etdiyi rayon sakinlərinə laqeyd münasibət bəsləyərək hətta kobud şəkildə cavab verərək ölkə başçısının xəbərdarlıqını qulaqardına vurur.
Belə ki, bir neçə gün bundan öncə Xızı rayonunda yaşayan 10-a yaxın şəhid ailəsi icra başçısi Xəzər Aslanovun qəbuluna getmiş və problemlərini dilə gətirmişdir.Görüş zamanı icra başçısı məmur geyiminə xas olmayan şəkildə görüş zalına daxil olmuş şəhid ailələrinə sərt şəkildə qışqıraraq hörmətsizlik etmişdir.Daha sonra isə heç bir şəhid ailəsinin problemini dinləməmiş və görüş zalını kobud şəkildə tərk etmişdir.Xatırladaq ki, dəfələrlə prezident İlham Əliyev öz çıxışlarında qeyd etmişdir ki, məmurlar vətəndaşlari qəbul edərkən rəsmi geyimlərdə olsunlar. daha ətraflı videodə baxa bilərsiz.

 

Top
0.043682098388672