kriminal.az
“MAGNA TRANS”da iki ildir şəriklər arasında gedən qalmaqal, bu MMC-ni tam müflisləşdirmə həddinə çatdırıb — İTTİHAM

Şərikləri tərəfindən payına “göz dikilən” və qurduğu biznesi pis günə düşən Qarabağ Müharibəsi qazisi nə edəcəyini bilmir

 

Dəyərli oxucularımıza təqdim etdiyimiz araz.az-ın bu yazısı da, linkləri bunlar olan ( http://araz.az/index.php/zhuend-m/20915-mazhna-trans-in-s-rik-s-hmdarlari-arasinda-galmagal-h-d-fd-lil-garabazh-muharib-si-gazisidir-i-tti-ham), (http://araz.az/index.php/dizh-r/saenin-statusun/23-redaktorun-secimi/21065-mazhna-trans-in-iki-gohum-s-hmdarinin-s-rikl-ri-leyhin-tor-tdikl-ri-b-d-m-ll-r-idztimai-ginazha-tus-zh-lir-i-tti-ham) ötən iki yazısının davamıdır və ölkə iqtisadiyyatının sürətli inkişafına nail olmaq üçün, ana xəttdəki ciddi islahatların yüksək səviyyədə həyata keçirilməsi qarşısında illərdi keçilməz əngələ çevrilən və tez-tez rastlaşılan, vergi və büdcə daxilolmalarının artırılmasında önəmli rola malik biznes qurumlarındakı səhm sahibi şərik iş adamları arasındakı səs-küylü qalmaqallardan biri barəsindədir. Ölkə iqtisadiyyatının əsasını təşkil edən biznes sahəsinə aid mühitdə indiyədək qalmaqda davam edən bu xoşagəlməz halın nə demək olduğunu bilmək üçün, elə, bu qalmaqalın doğurduğu dəhşətləri tam çılpaqlığı ilə açıb göstərən bu yazıları oxumaq kifayətdir. Yeri gəlmişkən, bir daha qeyd edirik ki, doğrudan da, biznes şərikləri arasında tez-tez baş verən səs-küylü belə qalmaqallar da, günü bu günədək bir çox problemlər məngənəsindən çıxa bilməyən dövlət iqtisadiyyatının daha bir bəlasına çevrilib. Ölkənin özəl sektorunun biznes mühitində məhz bu neqativ halın indiyədək qalmasına görədir ki, iqtisadiyyatın sürətli inkişafının təmin olunmasında önəmli rola malik vergi və büdcə daxilolmalarının artırılmasından yayınma və qeyri-şəffaflıq halları indiyədək hökm sürməkdədir və belə gedişlə, elə, belə də qalacaq.

 

Mövcud qanunlarımızın aliliyinə tabe olmayan, qazandıqları böyük pullara rəğmən, dövlətə cüzi miqdarda vergi ödəyən özəl sektorlardakı belə qurumların reallıqda böyük vəzifələrdə çalışan, geniş əlaqələrə malik məmurlara və yaxud onlarla yaxın ayrı-ayrı iş adamlarına aid olması faktı danılmazdır. Məhz bu səbəbdəndir ki, saysız-hesabsız belə neqativ halları biznes mühitində qalmaqda davam edən özəl sektorlardan ciddi özbaşınalıq, talançılıq, saxtakarlıq və maxinasiya halları hələ də yığışdırılmayıb, hətta getdikcə artmaqda davam edir. Belə qalmaqallı biznes qurumlarından biri də, uzun illər Azərbaycanın Baş prokuroru vəzifəsində çalışan Zakir Qaralovun kölgəsinə sığınaraq, “AKKORD” şirkətinə də, icraçı direktor kimi uzun illər rəhbərlik etmiş Bürhan Həmidovun həmtəsisçisi olduğu “MAGNA TRANS” MMC-dir.

 

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, belə bir xoşagəlməz problemlə üzləşən bu MMC-nin 3 nəfər həmtəsisçisinin və səhmdarlarından birinin Əfqanıstan Müharibəsi veteranı, Qarabağ Müharibəsi qazisi, III qrup müharibə əlili Ağasəf İsmayılovun olması hədsiz təəssüf doğursa da, bu, bu qalmaqalın yaranmasında günahkar olan digər iki şərikinin — yeznə-qayın yaxın qohum Bürhan Həmidovla Namiq Hacıyevin heç veclərinə də deyil. Dəhşət ondadır ki, hələ əvvələr bu 3 nəfərin çox yaxın olmaları faktı da, günü bu günədək, əsl günahkarlar üçün utanc verəcək bir amilə çevrilməyib. Ümumiyyətlə, aralarındakı əvvəlki xoş və səmimi münasibətlərə görə, bu özəl qurumun yaradılmasının əsas təşəbbüsçüsü, işinin yüksək səviyyədə qurulmasında böyük rolu və əməyi olan Ağasəf İsmayılovun bərabər paylarda şərik olduğu “MAGNA TRANS” MMC-nin digər həmtəsisçilərinə və səhm sahiblərinə — Bürhan Həmidovla Namiq Hacıyevə inam və etibarı güclü olub. Məhz buna görə də, hər bir işə rəhbərliyi, faktiki olaraq, Bürhan Həmidovun həyata keçirməsinə əvvəllər heç vaxt etirazını bildirməyib. Qohum pul hərisi şəriklər isə, bundan sui-istifadə etməklə, ona vicdan, milli adət-ənənələr və mövcud qanunlarımız çərçivələrinə sığmayan sarsıdıcı maddi-mənəvi zərbələr vurmaqdan heç vaxt çəkinməyiblər.WhatsApp Image 2022 07 07 at 16.22.41

 

Etibarlı mənbə məlumatlarından və bizim də apardığımız araşdırmalar nəticəsində üzə çıxardığımız həqiqət və reallıqlar da sübut edir ki, yeganə fəaliyyət növü şəhərlərarası və şəhərdaxili avtobuslarla sərnişin daşınması olan bu MMC, doğrudan da, Ağasəf İsmayılovun təşəbbüsü və həmtəsisçiliyi ilə, özünün yüksək məbləğdə — milyonlarla manata yaxın halal pulu müqabilində qoyduğu səhmlə qurulub, bilavasitə onun iştirakıyla müvafiq marşrutlar, maddi-texniki bazası hesab edilən müxtəlif markalı bahalı avtobuslar alınıb. Hətta “MAGNA TRANS”ın 2010-cu ildən başlayan fəaliyyətinin yüksək səviyyədə formalaşmasında da, rentabelli bir özəl müəssisəyə çevrilməsində də, daha çox əziyyəti Ağasəf İsmayılov çəkib. Amma nə olsun!..

 

2020-ci ilin əvvəllərindən qızışmağa başlayan ortadakı səs-küylü mövcud qalmaqal ətrafında baş verən mübahisələrdən, əvvəlki yaxınlarıyla üz-göz olmaq abır-həyasından qurtarmaq üçün, haqq uğrunda dirəşmələr zamanı anlaşa bilməyə görə, onun tərəfindən ədalət naminə edilən dostyana çağırışlar da çıxış yolu olmayıb. Əksinə, “MAGNA TRANS”dakı durum getdikcə daha da gərginləşib. Şəriklərinin yanlış qərarlarının qarşısını səs-küysüz ala bilmədiyinə görə, buradakı mövcud əlverişiz mənəvi-psixoloji və dostlarla mübarizə aparmağın yaratdığı iyrənc mühitlər onun səhhətinə, enerjisinə də ciddi təsir göstərib. Və məcburiyyətdən, əvvəlki dostları olan şərikləri Bürhan Həmidovla və Namıq Hacıyevlə xoş münasibətlərə heç vaxt son qoymaq istəməyən Ağasəf İsmayılov aidiyyatı dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına, məhkəmələrə… şikayət xarakterli müraciətlər etməli olub. Di gəl ki, yuxarı dövlət qurumlarının bu ciddi məsələyə biganə və səhlənkar yanaşmaları ucbatından, həm digər şəriklərinin özləri ilə bağlı, həm də onun özünün ətrafında baş verən bu qalmaqaldan sonra, iflasa doğru gedən biznesini qurtarmaq üçün yollar arayan sahibkar indiyədək səs-küysüz heç nəyə nail ola bilməyib. Çünki müstəqil mütəxəssislərin təxmini hesablamalarına görə, 2010-2020-ci illər üzrə “MAGNA TRANS” MMC-nin 24.152 000,00 (iyirmi dörd milyon yüz əlli iki min) manat civarında olan mənfəət məbləği iki qohum həmtəsisçi tərəfindən gizlədilərək, hər hansı bir maliyyə-hesabat sənədlərində öz əksini tapmayıb, vergiyə cəlb olunmayıb, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındırılıb, yəni cinayət yolu ilə mənimsənilərək, talanıb.

 

Ötən yazılarımızda olduğu kimi, bu yazımızda da, öncə onu xüsusi olaraq qeyd etmək istəyirik ki, bu gedişlə, 2010-cu ildə iqtisadiyyatımızın mühüm sahələrindən biri olan nəqliyyat vasitələri ilə sərnişindaşıma üzrə yaradılan və indiyədək bu işlə məşğul olan “MAGNA TRANS” MMC-nin ətrafında, daha doğrusu, səhmdarları arasında xeyli müddətdir başlayan və bu özəl qurumu olduqca çətin duruma salan bu qalmaqal da, ölkə biznesinin tarixinə yazılan səs-küylü qalmaqallardan birinə çevriləcək. Çünki bu qalmaqalın başlamasının əsas günahkarları olan intriqaçı iki qohum səhmdarın qanunlarımızın tələbələri çərçivəsinə sığmayan bəd əməlləri həm də getdikcə ona bir işarəyə çevrilir ki, doğrudan da, Azərbaycanda ortaq iş qurub, yüksək məbləğdə səhm qoymaq böyük risk tələb edir. Həm də ona görə ki, biznes sahəsindəki belə qanunsuzluqlar, özaşınalıqlar və çəkişmələr ucbatından, yüksək səhm sahiblərinin üzləşdikləri ağrı-acılarla və dəhşətlərlə dolu uzunömürlü bu və buna bənzər digər problemlərin çözülüb yoluna qoyulması mümkünsüz görünür həmişə. Ən dəhşətlisi odur ki, bütün bunlar aidiyyatı dövlət qurumlarında olan məsul vəzifə sahiblərinin belə veclərinə olmur.WhatsApp Image 2022 07 07 at 16.23.37

 

79 ədəd müxtəlif markalı avtobuslarla fəaliyyətə başlayan, 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutlarla Bakı şəhərində, həmçinin iritutumlu reys avtobusları ilə Bakı — Lənkəran — Bakı və Bakı — Astara — Bakı rayonlararası marşrut xətləri ilə, gündəlik sərnişindaşıma həyata keçirən “MAGNA TRANS” MMC-nin bu qalmaqal yarandığı vaxtdan hər keçən günü “göy əskiyə bükülüb”. Bütün bunlar barədə, ötən yazılarımızda ətraflı yazılıb. Bu yazımıza isə, bu MMC-nin bu kökə düşməsində əsas günahkarların qanunsuz əməllərinə rəvac verən əsas səbəb ətrafında — aidiyyatı dövlət qurumlarının bu ciddi məsələyə biganə münasibətləri ilə bağlı mövzu seçmişik. Bu yerdə, öncədən onu qeyd etmək istəyirik ki, Ağasəf İsmayılovun bu qanunsuzluqlarla və başına gətirilən digər xoşagəlməzliklərlə bağlı aidiyyatı dövlət qurumlarına ünvanladığı şikayət xarakterli çoxsaylı bütün müraciətləri indiyədək cavabsız qalıb və yaxşı heç bir nəticə verməyib. Hətta ortada “MAGNA TRANS MMC-nin bu həmtəsisçisinin və səhmdarının qarşılaşdığı qanunsuzluqlarla bağlı, Abşeron və Sabunçu rayon məhkəmələrinə bir iddiaçı olaraq cavabdeh şəriklərindən tələb müraciətlərinə görə, xeyrinə çıxarılan məhkəmə qərarı, qətnamə və qərardadı da olsa da, indiyədək, bütün bunlar belə günahkarların veclərinə deyil və hüquqi tələbləri də saya saymırlar. Halbuki “MAGNA TRANS”ın direktoru və qanuni təmsilçisi Mirzahid Ağayevin, MMC-nin digər həmtəsisçiləri Namiq Hacıyevin və Bürhan Həmidovun cavabdeh qismində tanındığı Abşeron Rayon Məhkəməsinin hakim Elman Məmmədovun sədrliyi ilə keçən iclasında qəbul edilən 19.04.2021-ci il tarixli Qətnaməsində deyilir: “”MAGNA TRANS MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı İsmayılov Ağasəf İslam oğluna verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər üzərinə qoyulsun”.

 

Pula hərislik günahkarların “gözlərini elə qapadıb” ki, göstərilən marşrutlar üzrə işləyən avtobusların vaxtaşırı bərpa-təmir işləri belə onların yadlarına düşmür. Əlavə qazanc əldə etmək üçün, onlar, hətta istismara yararlı avtobusları sökdürərək, metallom kimi satdırmaqdan belə çəkinmirlər. Ən dəhşətlisi odur ki, araşdırmalarımız zamanı, Ağasəf İsmayılova kələk gələn şəriklərinin, qorxub-cəkinmədən, “MAGNA TRANS”a aid marşrutlardan birini — 113 saylı marşrutu dəyəri olduqca yüksək qiymətləndirilən avtobusları və digər qiymətli əmlakları qarışıq satmaları barədə deyilənlərin də, həqiqət olduğu sübut olunub. Hətta bundan xəbər tutan Ağasəf İsmayılov, şəriklərinin bu qanunsuz hərəkətlərin qarşısını almaq üçün, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə iddia ilə müraciət edib. Beləliklə, hakim Əşir Səmədovun sədrliyi ilə keçirilən məhkəmənin 19.08.2021-ci il tarixli iclasında da, müəyyən olunur ki, həmin marşrutun avtobuslarının və digər əmlaklarının satışı müvafiq qaydada digər həmtəsisçi ilə razılıq əldə edilmədən, qanunvericiliyin tələbi qəsdən və kobud şəkildə pozulmaqla həyata keçirilib, alğı-satqı müqavilələrində bazar dəyəri çox yüksək olan avtobuslar isə, çox ucuz qiymətə satılıb. Həmin avtobusların zavod istehsalı illəri ilə, satıldıqları tarix arasında yaranan aşınma nəzərə alınsa belə, müqavilə qiymətləri qəsdən çox aşağı göstərilib ki, bu da vergidən yayınma və digər qeyri-qanuni hallarla bağlı əsaslı şübhələr yaradır. Eyni zamanda, cavabdehlər tərəfindən həmin məbləğlərin “MAGNA TRANS” MMC-nin bank hesabına keçirilməsi və ya kassasına mədaxil edilməsi barədə məhkəməyə sübut təqdim etməyiblər. Bundan əlavə, satılmış həmin avtobuslar yenidən bu MMC-yə məxsus Bakı şəhərindəki 113 saylı sərnişindaşıma marşrutunda işlədilir. Cavabehlər həmin avtobusların digər şəxslərə satılığı halda, hansı əsasla (icarə

müqaviləsi və s.) yenidən MMC-yə məxsus olan marşrutlarda işlədildiyi barədə hər hansısa bir sənəd və ya sübut məhkəməyə təqdim etməyiblər, habelə həmin avtobusların formal alğı-satqı yolu ilə MMC-nin balansından niyə çıxarıldığını izah edə bilməyiblər.

 

Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin hakim Əşir Səmədovun sədrliyi ilə keçirilən həmin iclasında, iddiaçı Ağasəf İsmayılovun cavabdehlər –“MAGNA TRANS” MMC-nin direktoru (qanuni təmsilçisi) Mirzahid Ağayevə, MMC-nin iştirakçıları Bürhan Həmidova, Namiq Hacıyevə və digər şəxslərə, eləcə də “ŞİNKAR HOLDİNG” MMC-yə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” barədə, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələri rəhbər tutularaq, çıxarılan Qərardadda deyilir: “Qərardadın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, mülki mübahisəyə baxılması zamanı müəyyən olunmuş yuxarıda göstərilən faktlrla bağlı xüsusi Qərardad çıxarılmaqla, MMC-nin direktoru (qanuni təmsilçisi) Ağayev Mirzahid Mirsahib oğlunun, “MAGNA TRANS” MMC-nin iştirakçıları (təsisçiləri) Həmidov Bürhan Əhməd oğlunun və Hacıyev Namiq Gülosman oğlunun əməllərində cinayət əlamətlərinin olub-olmadığı məsələsi araşdırılması üçün prokurora göndərilməlidir. Onların əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə prokurora xəbər verilsin. Xüsusi Qərardad və müvafiq sənədlərin surətləri Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin”.

 

Ortada, ədalət naminə Ağasəf İsmayılovun xeyrinə çıxarılan belə məhkəmə sənədlərinin də olmasına baxmayaraq, bu ciddi məsələ ilə bağlı, onun aidiyyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına çoxsaylı müraciətlərinə biganə yanaşılması təəssüf doğurur. Dəhşət ondadır ki, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin icra qurumları da, belə bir məhkəmə sənədlərinin icrası üçün, bu günədək barmaqlarını belə tərpətməyiblər. Məhz buna görədir ki, Bürhan Həmidov və başına topladığı talançı dəstədə olanlar bu MMC-nin “altından girib-üstündən çıxırlar”. Bunun sübutu kimi, yalnız aşağıda verdiyimiz iki məktubda göstərilənləri oxumaq kifayətdir:

 

“Azərbaycan Respublikası Vergilər Nazirliyinə İsmayilov Ağasəf İslam Oğlu tərəfindən

 

Ş I K A Y Ə T

 

Bildirirəm ki, təsisçilərindən biri olduğum «MAGNA TRANS» MMC-nin qanunun mənə verdiyi səlahiyyət çərçivəsində maliyyə vəziyyəti ilə maraqlanmışam. Lakin dəfələrlə müraciət etməmə baxmayaraq, maliyyə vəziyyəti barədə, MMC-nin direktoru mənə hər hansı məlumat verməmişdir. Məcbur olub, özüm araşdırma aparmışam. Müəyyən etmişəm ki, nəqliyyat xidmətindən gündə cəmiyyətin 6000 manatdan 8000 manatadək əldə etdiyi gəlir, MMC-nin hesabına mədaxil

olunmur. Nəticədə, gəlir uçota alınmadığından, mənə dividend ödənilmir, büdcəyə isə, ödəmə mənbəyində vergi düzgün hesablanıb ödənilmir. Pul gəliri MMC hesabına mədaxil olunmadığından, dövlət büdcəsinə olan borc, hesaba sərəncam qoyulmasına baxmayaraq, ödənilməyib. Bir sözlə, belə nağdsız hesablaşmalara görə, mövcud qanunlarımızın tələbləri kobud şəkildə pozulur.

«MAGNA TRANS» MMC-nin faktiki gəlir dövruyyəsinin müəyyən edilməsi üçün, xronometraj qaydasında yoxlama təyin edilməsinə və gəlirin bank hesabına ödənilməsinin təmin edilməsi məqsədi ilə, müvafiq tədbir görülməsinə göstəriş verilməsi üçün müraciət etmişdim. Lakin uzun müddət keçdikdən sonra, 2 saylı ƏVBİ-dən mənə cavab gəldi ki, Müraciətim icra üçün Kiçik Sahibkarlarla iş Departamentinə göndərilmişdir. İcra tarixçəsinə baxarkən, hazırda Müraciətimin hansı qurumda olduğu görünmür. Belə çıxır ki, mənim Müraciətimlə heç kim məşğul deyildir.

Bir daha bildirirəm ki, bu MMC tərəfindən vergi qanunverciliyi ciddi surətdə pozulur, əmək haqqı nağd ödənilir, yanacaq, ehtiyat hissələri nağd pulla alınır, xidmətdən əldə edilən gəlir uçota alınmır, bank hesabına mədaxil edilmir, sərnişin daşımaları zamanı ciddi uçot blanklarından istifadə olunmur, işçilər tam uçota alınmadan, əmək müqaviləsiz işlədilir. Göründüyü kimi, nağdsız hesablaşmalar barədə də, qanun tələbləri kobud şəkildə pozulur. Məndən vergi orqanı bu pozuntuları təsdiq edən sənəd istəyir. Bir daha bildirirəm ki, mənim təsisçi kimi bütün hüquqlarım pozulur. Mənə heç bir sənəd təqdim edilmir. Hesabatların surətinin mənə təqdim edilməsi üçün, 2 saylı ƏVBİ-nə müraciət etdim. Mənə sənəd vermədilər ki, bu kommersiya sirridir. Sadəcə, vergi orqanı MMC-nin hesabları üzrə bankdan çıxarış alsa, görər ki, dediklərim düzdür.

Mən heç cür başa düşmürəm: Qanunvericiliyin ciddi pozulduğu barədə müraciətimə, niyə, bu qədər laqeyd yanaşılır. Şikayətimə ciddi və Vergilər Nazirliyində baxılmasını xahiş edirəm!”.

 

“”MAGNA TRANS” MMC-nin təsisçisi Ağasəf İsmayılova

 

Araşdırmanın aparılması barədə, Sizin, 24.04.2020-ci il tarixli müraciətinizə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində baxılır. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, habelə dövlət müəssələrində tibbi-profilakti dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirildiyini nəzərə alaraq, müraciətinizdə qeyd olunanlara dair ətraflı izahatınızı və müvafiq təsdiqedici sənədləri (poçt və ya onlayn qaydada) 15.05.2020-ci il tarixədək Baş İdarəyə göndərməyiniz tövsiyə olunur. Bundan başqa, müraciətinizdə göstərilənlərlə bağlı zəruri hesab etdiyiniz məlumatları bu məktubda qeyd olunan iş və ya mobil telefon nömrələrinə zəng edərək, izah edə bilərsiniz. Bildiririk ki, müraciətinizə qanunla müəyyən edilmiş müddətdə baxılacaq və nəticəsi barədə Sizə məlumat veriləcəkdir.

 

Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik

Sahibkarlıqla İş üzrə Baş İdarəsinin inzibati binası, Baş İdarə rəisinin müavini,

baş vergi xidməti müşaviri Vüqar Qurbanov”.

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, Ağasəf İsmayılovun aidiyyatı dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri adlarına ünvanladığı şikayət xarakterli bir məktubun da, bu ciddi məsələnin aradan qaldırılmasına və onun özünə də, indiyədək, heç bir xeyri olmayıb. Halbuki bu məktubda yazdıqları çox ciddi olduğundan, bu barədə, təcili olaraq ölçü götürülməliydi.

Həmin məktubda şikayətçi xüsusi olaraq bunları yazıb: “Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, “MAGNA TRANS” MMC-nin gündəlik gəliri 10.800 manatdır. Bu, ayda 324.000 manat təşkil edir. Belə bir dövriyyənin uçota alınmaması, bilavasitə, mənim dividend kimi gəlirimin yayındırılması deməkdir. Bu məbləğ ildə 3.888000 manat edir ki, nəticə etibarı ilə, mən ildə ən azı 641.000 manat dividenddən oluram.WhatsApp Image 2022 07 07 at 16.23.26 1

Konkret desəm, MMC-nin gəliri uçota alınmır. Eyni zamanda, vergidən yayınırlar. Hazırda MMC-nin 20.000 manat vergi borcu var. Müəssisənin gəlirinin uçota alınıb, banka ödənilməsi təmin edilmir. Vergi orqanı dövriyyəni müəyyən edilməsi məqsədi ilə, səyyari yoxlama təşkil edib, xronometraj yoxlaması təşkil etməlidir.

Onu da qeyd edim ki, qnunsuz yolla satılmış avtobusların ümumi dəyər məbləği də, MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıqdır. Göründüyü kimi, MMC-nin direktoru Mirzahid Ağayev, təsisçi kimi mənim və digərlərinin qərarlarımız olmadan, müəssisənin aktivlərinin mütləq əksəriyyətini təşkil edən, onun yeganə fəaliyyət növünün həyata keçirilməsi üçün, mövcudluğu zəruri olan avtobusları satmaqla, MMC-nin fəaliyyətinin iflic vəziyyətə salınması, onun qəsdən müflisləşməsi məqsədini güdmüşdür. Avtobusların qanunazidd alqı-satqısı MMC-nin digər təsisçisi Bürhan Həmidovun tapşırığı ilə olmuşdur ki, bu yolla da, o, MMC-ni qəsdən müflisləşdirərək, məni təsisçilər sırasından uzaqlaşdırmağa, əmlakımı ələ keçirməyə və nəticədə, MMC-nin bütün əmlakına sahib olmağa çalışır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 211.2-ci maddəsinə əsasən,

kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar

tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə

qabiliyyətsizliyinin yaradılması və ya artırılması külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda, bu, qəsdən müflisləşmə hesab olunur.

Bütün dediklərimdən əlavə, avtobus satışlarından əldə edilmiş 2.600.500 manat da, MMC-nin hesabına keçirilməmiş və təsisçi Bürhan Həmidov tərəfindən

mənimsənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, xüsusilə külli miqdarda ziyan vurmaqla, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xüsusilə ağır cinayət əməli kimi təsbit edilib.

Eyni zamanda, bildirirəm ki, MMC-nin sərnişindaşıma fəaliyyətindən əldə edilən gəlirlər üzrə hesablaşma, Bürhan Həmidovun tapşırığı ilə nağd şəkildə həyata keçirilir və rəsmi bank sənədlərində əks etdirilmir, bununla da, külli miqdarda məbləğ qəsdən vergidən yayındırılaraq, onun tərəfindən mənimsənilir. Belə ki, müstəqil mütəxəssislərin təxmini hesablamalarına görə 2010-2020-ci illər üzrə “MAGNA TRANS” MMC-nin mənfəəti 24.152 000,00 (iyirmi dörd milyon yüz əlli iki min) manat civarında olmuşdur ki, bu məbləğ də hər hansı bir maliyyə-hesabat sənədlərində öz əksini tapmamış, vergiyə cəlb olunmamış, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındırılmışdır, yəni cinayət yolu ilə mənimsənilərək talanmışdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli kimi nəzərdə tutulmuşdur. “MAGNA TRANS” MMC-nin direktoru Mirzahid Ağayevin, digər təsisçisi Bürhan Həmidov və onlarla əlbir olmuş digər şəxslərin uzun illər boyunca yol verdikləri və hələ də cəzasız qalan cinayət xarakterli əməlləri araşdırılmalıdır. Xahiş edirəm, bütün bunları törədənlərin qanun çərçivəsində məsuliyyətə cəlb olunmasına ciddi göstəriş verəsiniz!”.

 

Yuxarıda qeyd olunanlardan da açıq-aydın görünür ki, “MAGNA TRANS MMC tam müflisləşmə həddindədir — 79 ədəd sərnişin daşıyan avtobuslarının yarıdan çoxu, sənədləri saxtalaşdırma yolu ilə satılaraq, pulları da “həzmi-rabe”dən keçirilib, yerdə qalanları da, sökülüb talanır. Başına olmazın oyunlar açılan, müsibətlər gətirilən təsisçi və yüksək səhm sahibi Ağasəf İsmayılov üçün, onların qanunsuz bəd əməllərinin və özbaşına hərəkətlərinin gətirdiyi dəhşətlərin qarşısını almaq artıq gec olub. Həm də ona görə ki, MMC-nin bütün gəlir gətirən işlərinin başında da, Bürhan Həmidova yaxınlar durub. Ağasəf İsmayılovun onlar tərəfindən törədilən çoxsaylı qanunsuzluqlarla və hədə-qorxularla, başına gətirilənlərlə bağlı aidiyyatı dövlət qurumlarına ünvanladığı şikayət xarakterli müraciətləri isə, indiyədək cavabsız qalıb. Müraciətlərinə yuxarılardan verilən bir-neçə başdansovdu cavab məktubları isə, onun üçün yaxşı heç bir nəticə verməyib.

 

Ümumiyyətlə, dövlət iqtisadiyyatının mühüm sahələrindən biri olan nəqliyyat vasitələri ilə sərnişindaşıma üzrə yaradılan “MAGNA TRANS” MMC-nin fəaliyyətinin qanuni məcraya qaytarılmasında tədbir görülməsi zəruridir. Ancaq nə şəriklərinin əməlləri ilə bağlı, nə də ətrafında baş verən qalmaqaldan sonra iflasa gedən biznesini qurtarmaq istiqamətində, xeyli müddətdir Ağasəf İsmayılov heç nəyə nail ola bilməyib. Çünki aidiyyatı dövlət qurumları, hüquq-mühafizə orqanları tədbir görmürlər deyə, külli miqdarda pulunu xərcləyərək, özünə iş quran Qarabağ müharibəsi qazisi, “başına oyun açan” şərikləri ilə bacarmır. Böyük ziyana düsən bu iş adamı, bundan sonra da nə edəcəyini bilmir.

 

Bu yazımızın sonunda da, bir daha qeyd edirik ki, etibarlı mənbələr tərəfindən redaksiyamıza ötürülən və dəqiqliklərinə zərrə qədər şübhəmiz qalmayan faktlara görə apardığımız araşdırmaların nəticələri də, yuxarıda deyilənlərin həqiqət olduğunu bir daha sübut etdi. Məhz buna görə də, bu ciddi məsələni daim diqqətdə saxlayacaq, tezliklə bu barədə araşdırma yazılarımızı dərc edəcəyik.

 

Məhi ELSEVƏR,

Səməndər QURBANOV,

araz.az xəbər portalının xüsusi müxbirləri

Top
0.11149597167969