kriminal.az
AKKORD”çular “MAGNA TRANSA” QAZDIQLARI “QUYU”ya ÖZLƏRİ DÜŞÜBLƏR? -ONLARA HİMAYƏDARLIQ DÖVLƏT BÜDCƏSİNƏ ZƏRBƏ DEYİLMİ?

Mətbuatda getmiş əvvəlki yazılarda, Qarabağ Müharibəsi iştirakçısı, sahibkar Ağasəf İsmayılovun təsis etmiş olduğu “Magna Trans” MMC-nin 79 ədəd avtobusunun saxta yolla sataraq pulların mənimsənilməsinin, digər əmlakının talanmasının, sərnişindaşımadan gündəlik nəğd yolla yığılan külli miqdarda pul vəsaitinin hesabatdan, o cümlədən vergidən gizləməkə mənimsənilməsinin “AKKORD” şirkətinin keçmiş direktoru Bürhan Həmidovun başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən edilməsi və həmin qanunazidd əməllərin bu günlərdə də davam etdirildiyi bildirilmişdi.

Həmin faktlarla bağlı araşdırmaların davamını təqdim edirik.

2020-ci ildə sahibkar Ağasəf İsmayılova məlum olur ki, “Magna Trans” MMC-nin 213 saylı marşrut xətti avtobuslar qarışıq satılıb. 

Bir az əvvələ gedərək bildirək ki, 2020-ci ildə ilk olaraq edilmiş rəsmi sorğulardan məlum olur ki, 7 ədəd təzə  «DAEWOO» markalı avtobus Məmmədov Anar Hüseyn oğlunun adına, 14 ədəd müxtəlif markalı avtobuslar isə bir neçə şəxsin adına saxta yolla  sənədləşdirilib. Hər biri orta hesabla 110.000 ABŞ dollara alınmış avtobus 2-3 il istismar edildikdən sonra, orta hesabla 30-35 min manata, yəni 20.000 ABŞ dollarına GUYA satılıb. «Satış» dan əldə edilmiş pul vəsaiti isə oğurlanaraq mənimsənilib.  

«Satılmış» bütün avtobuslar elə əvvəlki qaydada “Magna Trans” MMC-nin istifadəsində olan xəttlərdə istismar edilirdi. Yəni kənardan baxan üçün heç bir dəyişiklik nəzərə çarpmırdı. Ağasəf İsmayılov illər öncə aralarında yaranmış etibaralı münasibətə-hörmətə görə, Bürhan Həmidovu işbirliyinə cəlb edərək, qurub-yaratdığı müəssisənin təsərrüffat sahəsinin idarəçiliyini onun öhdəsinə buraxmışdı. Nəticədə isə, Bürhan Həmidov «sən arxayın-mən xain» yolunu seçərək, başçılıq etdiyi dəstə ilə saxtakarlıq etməklə MMC-ni talayıb, müflisdəşdirmək, əmlakını mənimsəmək, sonra qəflətən «gəmini batırıb» aradan çıxmaq məqsədini həyata keçirə bilmədiyi və haqq-hesab çəkiləcəyinin qaçılmaz olduğu ona aydın olduğundan, digər üsullarla məsuliyyətdən yayınmağa cəhd edir.

“Magna Trans” MMC-də Bürhan Həmidovun maxinasiyalarından xəbər tutan sahibkar-həmtəsisçi Ağasəf İsmayılov ondan bu barədə hesabat istəyəndə, Burhan Həmidov cavab verib ki, bütün bunları vergidən yayınmaq üçün etmişdir.  Ağasəf İsmayılov isə, etiraz edir ki, hər bir halda vergi ödənilməlidir, məsuliyyəti biz daşıyırıq. Daha sonra isə, qeyri-qanuni yolla satılmış 21 ədəd avtobusun dərhal şirkətə qaytarılmasını və birlikdə MMC-də ümumi yoxlama aparmağı tələb etdikdə, Bürhan Həmidov özünün də bu qanunazidd işlərdən «bixəbər» olduğunu bildirərək, «məsələni yoluna qoymaq üçün» ondan vaxt istəmişdir.

Lakin, elə həmin gündən Bürhan Həmidov sözün əsil mənasında itmişdir.

“Magna Trans” MMC-yə dair Ağasəf İsmayılovun poçt vasitəsi ilə çoxsaylı həmtəsisçi sorğularına, telefon zənglərinə, sms yazışmalarına və görüşüb məsələni araşdırmaq üçün digər rəsmi təkliflərinə Bürhan Həmidovun cavab verməməsi, onunla üz-üzə gəlməkdən ciddi-cəhdlə gizlənməsi bir daha təsdiq etmişdir ki, “Magna Trans” MMC-nin 79 ədəd avtobusunun saxta yolla satıb pulları mənimsəyən, digər əmlakını talayan, gündəlik nəğd yolla yığılan külli miqdarda pul vəsaitinin mənimsəyən məhz Bürhan Həmiov özü və onun təşkil edib başçılıq etdiyi mütəşəkkil dəstə üzvləridir.

Sual yaranır ki, hardandır belə əminlik-arxayınlıq Bürhan Həmidovda ki, bütün bu qanunazidd əməlləri etməyə ona rəvac vermişdir?

Bilənlər bilir ki, keçmiş baş prokuror Zakir Qaralov “AKKORD” ASC-nin sahibi olmuşdur. Onun etibarlı-inamlı nümayəndəsi kimi “AKKORD” ASC-nin icraçı direktoru olmaqla yanaşı  “Magna Trans” MMC-nin həmtəsisçisi Bürhan Həmidov, yaranmış fürsətdən istifadə edərək, öz məkrli niyyətini həyata keçirməyə qərara almışdır.

Elə ona örə də, “AKKORD”da idarə rəisi vəzifəsini daşıyan və onun «öz adamı» olan Ağayaev Mirzahid Mirsahib oğlunu ikinci vəzifəyə - “Magna Trans” MMC-nin direktoru (qanuni təmsilçi) təyin edir.

Bu adamın hansı məqsədlə «direktor»luğa gəlməsi, vəzifədən azad edilməsi ilə bağlı öz əli ilə yazdığı 21.09.2021-ci il tarixli ərizəsindən bilinir. Belə ki, “Magna Trans” MMC-yə dair ondan da hesabat tələb edən təsisçi Ağasəf İsmayılova müraciət etdiyi ərizədə göstərir ki, sitat: «...İŞLƏDİYİM MÜDDƏTDƏ MƏNƏ HEÇ BİR ƏMƏKHAQQI ÖDƏNİLMƏMİŞDİR».

10 il müddətində möhür, asan imza onda olmaqla MMC-ni talayıb viran qoymaq məqsədi ilə bütün sənədləri, o cümlədən maliyyə sənədlərini imzalayıb-möhür vuran direktor Mirzahid Ağayev cavab verməyin vaxtı çatdığını görəndə, 1 manat da olsun əməkhaqqı almadığı üçün «günahsız» olduğuna görəsən kimi inandırır?

Digər həmtəsisçilər: Bürhan Həmidovla Namiq Hacıyevin və direktor Mirzahid Ağayevin «haqq yolu»na gəlməyəcəkləri aydın olduqda, təsisçisi olduğu “Magna Trans” MMC-nin fəaliyyətinə aydınlıq gətirmək məqsədi ilə, sahibkar Ağasəf İsmayılov üz tutur aidiyyəti dövlət və digər qurumlara.

AZƏRBAYCAN RESPUBLIKASI VERGILƏR NAZIRLIYINİN LAQEYDLİYİ və 

2 saylı ƏRAZİ VERGİLƏR BAŞ İDARƏSİNİN SAHİBKARA QARŞI MÜQAVİMƏTİNİN SƏBƏBLƏRİ?

İlk öncə bankdan aldığı çıxarışlardan Ağasəf İsmayılova məlum olur ki, “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı heç bir pul vəsaiti banka mədaxil edilmir, hesabatdan gizlədilir.

Elə bu səbəbə, MMC-nin 21 ədəd avtobusunun satılmasını təsdiqləyən AR DİN BDYPİ-nin 20.03.2020-ci il tarixli, 26875/220 saylı məktubunu da əlavə etməklə, 2 saylı Ərazi Vergilər baş idarəsinə etmiş olduğu müraciətdə göstərir ki, qanunzidd yolla satılmış avtobusların dəyərlərinin ümumi məbləği MMC-nin xalis aktivlərinin dəyərinin 50 faizindən artıqdır. Direktor Mirzahid Ağayev sənədləri saxtalaşdırmaqla MMC-nin 21 ədəd avtobusunu satmış və əldə etdiyi 2.600500 manat pulu hesabatdan gizlətməklə mənimsəmişdir. 

Eyni zamanda, sərnişin daşıma xidmətindən gündəlik toplanan 6.000 - 8.000 manat civarında gəlir, uzun illər ərzində MMC-nin hesabına mədaxil edilmir, bank sənədlərində əks etdirilmir, nəticədə hər ay təxminən 200.000 manat məbləğdə pulu direktor Mirzahid Ağayev qəsdən vergidən yayındıraraq mənimsəyir.

2010-2020-ci illər üzrə, “Magna Trans”  MMC-nin mənfəəti təxmini hesablamalara görə 24.150000 manat civarında olmuşdur ki, bu məbləğ vergiyə cəlb olunmamış, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındırılmışdır, yəni CİNAYƏT YOLU İLƏ MƏNİMSƏNİLƏRƏK TALANMIŞDIR və İNDİ DƏ DAVAM ETDİRİLİR.

Sonda isə, Cinayət Məcəlləsinin 213.3-cü maddəsində xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli kimi nəzərdə tutulmasına istinad edərək, hüquq-mühafizə orqanlarına təqdim etmək üçün, təsisçi hüququna malik olduğu “Magna Trans” MMC-nin vergi və sosial müdafiə fondu üzrə bəyannamə və hesabatlarının, şəxsi hesab vərəqindən çıxarışların ona verilməsini 2 saylı Ərazi Vergilər baş idarəsindən xahiş etmişdir.

NƏTİCƏDƏ, 2 saylı Ərazi Vergilər baş idarəsinin rəisi Abbas İsmayılov 02.03.2020-ci il tarixli, 2002020100584600 sayı məktubla, Ağasəf İsmayılova bildirmişdir ki, «Məktuba baxılmasında iştirak etmək üçün 10.03.2020-ci il tarixdə 2 saylı Ərazi Vergilər baş idarəsinə dəvət edilirsiniz» və təyin olunan vaxtda idarəyə gələn sahibkar Ağasəf İsmayılovun iştirakı ilə həqiqətən də  «məktuba baxıb» öz vəzifələrini bitmiş hesab edirlər. Çünki, vergi ilə bağlı “Magna Trans” MMC-də törədilmiş və indi də törədilən cinayət əməllərini sükutla qarşılamışlar və MMC-nin hesabatlarının surətinin ona verilməsindən imtina  edərək, bəhanə gəirirmişlər ki, bu«KOMMERSİYA SİRRİDİR».

MMC-nin təsisçisi özü olan şəxsə, öz şirkəti haqqında məlumatları verməkdən imtinanın belə bir bəhanə ilə əsaslandırılması 2 saylı Ərazi Vergilər baş idarəsinin “Magna Trans” MMC-də vergi ilə bağlı cinayət əməllərinə açıq-aşkar göz yumması idi. Buna isə, səbəb əlbəttə ki, həmin MMC-nin «altını-üstünə çevirən» Bürhan Həmidovun üzərində sabiq Baş prokuror Zakir Qaralovun kölgəsinin olması idi. Lakin, təbiətin bir qanunu da var ki, günəş zenitdə olanda kölgələr yox olur. Bu barədə, az sonra.

24.04.2020-ci il tarixdə VERGILƏR NAZIRLIYINƏeyniməzmunlu şikayətlə müraciət edən Ağasəf İsmayilov, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin rəis müavini Vüqar Qurbanovdan məktub alır ki, «...2017010021945700 nömrəli müraciətinizə qanunla müəyyən edilmiş müddətdə baxılacaq və nəticəsi barədə Sizə məlumat veriləcəkdir».

Vəssalam, şüdtamam! Nə müraciətə baxıldı, nə də ki, nəticəsi barədə cavab verildi.

“Magna Trans” MMC-nin direktoru Ağayev Mirzahid Mirsahib oğlu ilə digər iki həmtəsisçilər: Həmidov Bürhan Əhməd oğlu və Hacıyev Namiq Gülosman oğlu tərəfindən uzunmüddət ərzində Vergi qanunverciliyini kobud surətdə pozmaları, əmək haqqının nəğd yolla ödənilməsi, yanacağın, ehtiyat hissələrinin nəğd pula alınması, xidmətdən əldə edilən gəlirin uçota alınmaması, bank hesabına mədaxil edilməməsi, sərnişin daşımalar zamanı ciddi uçot blanklarından istifadə olunmaması, işçilərin tam uçota alınmadan və əmək müqaviləsiz işlədilməsi, nəğdsız hesablaşmalar barədə qanunun tələblərinin pozulması və bütün bu qanunazidd əməllər nəticəsində külli miqdarda pul vəsaitinin vergidən yayındırlması barədə həmin MMC-nin digər həmtəsisçisi Ağasəf İsmayılov tərəfindən verilmiş şikayətlərə və həmin şikayətlərin əsaslı olduğunu təkzib olunmaz faktlarla sübuta yetirməsinə baxmayaraq, Vergilər nazirliyinin və tabeçiliyində olan qurumlarına aidiyyəti vəzifə sahiblərinin məmur biganəliyinə nə üçün son qoyulmur?

Sahibkarın öz sözü ilə Vergilər Nazirliyinin rəhbərliyinə müraciət edirik:

“Sadəcə, vergi orqanı MMC-nin hesabları üzrə bankdan çıxarış alsa görər ki, dediklərim düzdür. Mən heç cür başa düşmürəm ki, əmlakımı, pulumu talamaqla bərabər, dövlət budcəsindən də külli miqdar məbləğdə pul gizlədilir, oğurlanıb mənimsənilmişdir və indi də davam etdirilir. Qanunvericiliyin ciddi pozulduğu barədə müraciətlərimə niyə bu qədər laqeyd yanaşılır?”

(növbəti yazılarımızda bir rayon prokurorluğunun “ötür-ötür” və bəzi məhkəmələrin “indi yola verək, sonrası nə ola-ola” üsulundan məlumat veriləcək )

Ardı var...

A.Aydın

Sozcu.info

Top
0.042496919631958