kriminal.az
Şamaxıda beynəlxalq badminton turniri keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri keçiriləcək.

Kriminal.Az xəbər verir ki, yarış 6-8 noyabr tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular mübarizə aparacaqlar.

İdmançılar beş kateqoriya üzrə mükafatçıları müəyyənləşdirəcəklər.

Top
0.10494899749756