kriminal.az

Məşhur ABŞ-li müğənni Sabrina Carpenter "2024 MTV Video Music Awards" tədbirində etdiyi hərəkətlə gündəm olub.

Kriminal.Az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, "Espresso" mahnısı ilə Teylor Svifti geridə qoyan və "İlin Mahnısı" mükafatını qazanan 25 yaşlı müğənni gecənin ulduzlarından biri olub.

"Please Please Please", "Taste" və "Espresso" kimi hit mahnılarını səsləndirən Sabrina Carpenter səhnədə çıxışı zamanı mavi yadplanetli kostyumu geyinmiş qadınla öpüşərək tamaşaçıları heyrətə gətirib.

"Bunlardan birini qazanmamışdım, bu, çox xüsusidir", - deyə müğənni mükafatı alarkən qeyd edib.

"İlin mahnısı" mükafatını alan məşhur ABŞ-li müğənni səhnədə "yadplanetli" ilə öpüşdü

"İlin mahnısı" mükafatını alan məşhur ABŞ-li müğənni səhnədə "yadplanetli" ilə öpüşdü

Top
0.084662199020386