kriminal.az
Mahir Emreli “Dinamo”nu məğlubiyyətdən xilas edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunda növbəti qolunu vurub.

Kriminal.Az xəbər verir ki, 26 yaşlı hücumçu səfərdə “Varazdin”ə qarşı keçirdikləri çempionatın XIV tur matçında fərqlənib.

75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.

Bu, onun cari mövsüm “Dinamo”da beşinci qoludur.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.

Top
0.090569019317627