kriminal.az
Azərbaycanın U-19 millisi ilk oyunda heç-heçə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Kriminal.Az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Bosniya və Herseqovina seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0.

Qeyd edək ki, U-19 noyabrın 18-də Niderland, 21-də Lüksemburqla görüşəcək.

Top
0.21568393707275