kriminal.az
De Byazi dörd futbolçunu heyətdən çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının İsveçə qarşı bu gün keçiriləcək Avro-2024-ün seçmə mərhələsinin oyununa çağırılan heyətində ixtisarlar edilib. Baş məşqçi Canni De Byazi 27 futbolçudan 4-nü heyətdən kənarda saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bunlar Rüstəm Əhmədzadə (“Zirə), Səbuhi Abdullazadə (“Sumqayıt”), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan) və Emil Səfərovdur (“Qəbələ”).

Top
0.084084987640381