kriminal.az
Azərbaycan millisi ilə oyundan əvvəl İsveçdən yeni QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç komandası bu gün Azərbaycan millisi ilə oyuna qara sarğı ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, oktyabrın 16-da AVRO-2024-ün Belçika-İsveç matçından əvvəl qonaq komandanın iki nəfər azarkeşi Brüsseldə qətlə yetirilib.

Bu səbəbdən fasilədən sonra oyun yarımçıq dayandırılıb.

İsveç Futbol Federasiyası həmin azarkeşlərin xatirəsinə ehtiram əlaməti olaraq, bugünkü oyuna qara sarğı ilə çıxmaq barədə qərar verib. Bu qərar UEFA tərəfindən təsdiqlənib.

Top
0.21136689186096