kriminal.az
AVRO-2024: Azərbaycan millisi İsveçlə oyunda ikinci qolu vurub - YENİLƏNİR + VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.

Kriminal.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib - 2:0.

6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.

21:07

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.

Kriminal.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada yığmamız 3-cü dəqiqədə rəqibi məyus edib.

Kapitan Emin Mahmudov Renat Dadaşovun ötürməsindən sonra adını tabloya yazdırıb.

21:00

Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan və İsveç milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin IX tur oyunu başlayıb.

Kriminal.Az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qeyd dək ki, matçı isveçrəli qadın FIFA referisi Ester Ştaubli idarə edir.

20:49

İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olub.

Kriminal.Az xəbər verir ki, peşəkar karyeralarını 2023-cü ildə sonlandırmış Əfran İsmayılov, Rauf Əliyev, Ruslan Abışov, Elvin Məmmədov, hazırda II Liqada “Şahdağ Qusar”da forma geyinən Rahid Əmirquliyev və yığmada çıxışını başa vurmuş Riçard Almeydaya plaketlə yanaşı, Azərbaycan millisinin forması verilib.

Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.

R.Abışov hazırda ölkə xaricində olduğu üçün mərasimə qatılmayıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-İsveç oyunu saat 21:00-da başlanacaq.

20:12

AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres

Baş məşqçi: Yanne Anderson

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək.

Yığmamız altı oyundan sonra dörd xalla dördüncü, qonaqlar isə yeddi xalla üçüncü pillədə qərarlaşıblar.

Top
0.22322583198547