kriminal.az
Emin Mahmudov: “Bu oyun həmişə yadımda qalacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu oyun həmişə yadımda qalacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli futbolçu azarkeşləri sevindirdikləri üçün çox xoşbəxt olduqlarını bildirib:

“Onlar da bizdən yaxşı oyun və qələbə gözləyirdi. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq”.

Yarımmüdafiəçi sonuncu turda bazar günü Belçikaya qarşı keçirəcəkləri matça da toxunub:

“Bu, yüksək səviyyəli rəqibdir. Yaxşı oyunçuları var. Yenə də əlimizdən gələni edəcəyik. Belə komandalara qarşı bəxtimiz də olmalıdır”.

Yığmada 13-cü qoluna imza ataraq Qurban Qurbanova (14 qol) yaxınlaşan E.Mahmudov əsas məqsədinin komandaya xeyir vermək olduğunu vurğulayıb:

“Qollar vurduğum üçün də sevinirəm”.

Top
0.23640108108521