kriminal.az
Qadınlar dünyanın ən cazibədar 10 kişi idmançısını seçdi: Birinci yerin sahibi təəccübə səbəb oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın “Illicitencounters” saytının keçirdiyi sorğu nəticəsində dünyanın ən seksual və cazibədar kişi idmançısı məlum olub.

Döyüş sənətləri və futbol idman növlərinin üstünlük təşkil etdiyi siyahıda sıralama 2 min qadının verdiyi səslə müəyyən edilib.

30 idmançı arasında keçirilən səsvermə nəticəsində 1-ci yerdə qərarlaşan idmançı böyük təəccüb doğurub və hətta “Necə yəni?” deməyə vadar edib.

Ən seksual və cazibədar kişi idmançılar arasında 10-ci yeri Konor Makqreqor, 9-ci yeri Lionel Messi, 8-ci yeri Rori Makqreqor, 7-ci yeri Cek Qriliş, 6-cı yeri Erlinq Holand, 5-ci yeri Kriştianu Ronaldu, 4-cü yeri Lyuis Hamilton qazanıblar.

İlk üçlükdə 3-cü yerə Trevis Kelsi sahib olub. 2-ci yerdə Entoni Coşua qərarlaşıb.

1-ci yerin sahibi isə Tayson Fyuri olub.

Mənbə: Haber Global

Top
0.26920104026794