Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsi davam edir.
“Report”un məlumatına görə, bu gün daha üç oyun keçiriləcək.
II Liqa komandaları öz aralarında növbəti raunda vəsiqə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, I təsnifat mərhələsinə noyabrın 20-də keçiriləcək bir oyunla (“Şəfa” – “Şəmkir”) yekun vurulacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
19 noyabr (bazar)
14:00. “Ağdaş” – “Cəbrayıl”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Ağdaş şəhər stadionu
14:00. “Sheki City” – “Kür-Araz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Şəki şəhər stadionu
14:30. “Baku Sportinq” – “Kürmük Qax”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu