kriminal.az
“Barselona” “Real Madrid”in qapısına beş cavabsız top vurdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın qadınlar arasındakı futbol çempionatında (Liqa F) 9-cu turun mərkəzi qarşılaşması baş tutub.

Əzəli rəqiblər - “Barselona” və “Real Madrid” növbəti “El-Klassiko”da üz-üzə gəliblər.

Görüş ev sahiblərinin mütləq üstünlüyü ilə keçib ki, bu da özünü hesabda göstərib - 5:0.

Bu darmadağından sonra “Barsa” 27 xalla turnir cədvəlinin vahid lideridir. Kral klubunun xanımları 21 xalla ikinci pillədə qərarlaşıblar.

 

Top
0.0851891040802