kriminal.az
Alman hücumçu yenidən İngiltərə çempionatında oynayacaq - FOTO

Almaniya yığmasının hücumçusu Timo Verner yenidən İngiltərə çempionatında oynayacaq.

Bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, forvard “Tottenhem”in şərəfini qoruyacaq. Onun hazırki klubu “Leypsiq” T.Vernerin icarə əsasında London təmsilçisində oynamasına razı olub. T.Verner mövsümün sonuna qədər “Tottenhem”in heyətində oynayacaq.

Bildirilib ki, hücumçu 24 saat ərzində tibbi müayinədən keçəcək.

Xatırladaq ki, T.Verner 2020-2022-ci illərdə “Çelsi”nin heyətində oynayıb.

 

Top
0.11782097816467