kriminal.az
Premyer Liqanın ən çox qazanan klubu məlum olub

Britaniyanın “LondonWorld” nəşri son üç mövsümün açıq hesabatı əsasında Premyer Liqa klublarının maliyyə səmərəliliyinin reytinqini tərtib edib. Liqadakı 20 komandadan beşi bu müddətdə müsbət balans nümayiş etdirib.

İngiltərə çempionatının yüksək divizionunda ən gəlirli klub hesabat dövründəki gəliri xərclərini 67,1 milyon funt sterlinq üstələyən “Liverpul” olub. İlk üçlüyə, həmçinin “Şeffild Yunayted” və “Bernli” də daxil olub.

Premyer Liqada gəlir gətirən klubların tam siyahısı belədir:

“Liverpul” - 67,1 milyon funt sterlinq mənfəət;

“Şeffild Yunayted” - 46,3 milyon funt sterlinq mənfəət;

“Börnli” - 31,9 milyon funt sterlinq mənfəət;

“Vest Hem” - 25,8 milyon funt-sterlinq mənfəət;

“Tottenhem” - 2,2 milyon funt sterlinq mənfəət.

Mənbə: Championat

Top
0.095000982284546