kriminal.az
Türkiyə Superliqası: “Qalatasaray”dan inamlı qələbə - VİDEO

Türkiyə Superliqasının 18-ci turu çərçivəsində son çempion “Qalatasaray” “Konyaspor”u qəbul edib.

Bardakçı matçın 63-cü dəqiqəsində hesabı açaraq “aslanlar”ı önə çıxarıb. 90-cı dəqiqədə Zaha fərqi artırıb. 90+4-cü dəqiqədə isə Bardakçı dubla imza ataraq komandasının qələbəsini rəsmiləşdirib - 3:0.  

Beləliklə də, “cim-bom” xallarının sayını 47-yə çatdıraraq lider “Fənərbağça” ilə bərabərləşib. Hazırda Okan Burukun yetirmələri turnir cədvəlində 2-cı sıradadır. “Konyaspor” isə cəmi 18 xalla təhlükəli zonanın bir addımlığında - 16-cı yerdədir.

 

Top
0.10955095291138