kriminal.az
A Seriyası: “Roma” öz meydanında “Atalanta” ilə bacarmadı - VİDEO

İtaliya A Seriyasında 19-cu turun “Roma” - “Atalanta” matçı 1:1 hesabı ilə yekunlaşıb.

Matçın 8-ci dəqiqəsində Toen Kopmeyners “Atalanta”nı önə keçirərək görüşdə hesabı açıb. İlk hissənin sonlarında, 39-cu dəqiqədə isə Paulo Dibala penaltini qola çevirərək hesabı bərabərləşdirib.

Oyunun əlavə olunmuş dəqiqələrində “canavarlar”ın çalışdırıcısı Joze Maurinyoya qırmızı vərəqə göstərilib.

Bu matçın nəticəsindən sonra “Roma” A Seriyasında səkkizinci pillədə qərarlaşıb. Komanda 19 matçdan 29 xal toplayıb. “Atalanta” altıncı pilləyə yüksəlib. Klub eyni sayda oyundan 30 xala malikdir.

 

Top
0.30266189575195