kriminal.az
İngiltərə Kuboku: “Mançester Yunayted” növbəti mərhələdə - VİDEO

İngiltərə Federasiya Kubokunun 1/32 mərhələsinin daha bir oyunu baş tutub.

Turnirin 3-cu raundunda “Viqan” “Mançester Yunayted”i qəbul edib.

Oyun gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib. Matçda hesabı 22-ci dəqiqədə Dalo açıb. 74-cü dəqiqədə isə Fernandeş penaltini dəqiq yerinə yetirərək qarşılaşmanın nəticəsini müəyyənləşdirib - 0:2.

Bu qələbə “qırmızı şeytanları” İngiltərə Kubokunun 1/16 mərhələsinə çıxarıb. Burada onlar “Nyuport Kaunti” - “İstli” cütünün qalibilə üz-üzə gələcəklər.

Top
0.30183005332947