kriminal.az
İsrailin Suriyaya hava zərbələri nəticəsində SEPAH generalı öldü - VİDEO

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidmətinin komandiri, general Yusif Omid Zadə Suriya paytaxtında İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində ölüb.

Raket zərbələri Dəməşqin qərbində iranlı hərbi müşavirlərin yaşadığı Mezze məhəlləsindəki malikanələrdən birinə endirilib. Generalla yanaşı daha bir neçə iranlı zabit, eləcə də suriyalı hərbçilər həlak olublar.

SEPAH İsrailin zərbəsi nəticəsində dörd hərbi məsləhətçisinin öldüyünü təsdiqləyib.

Hücumda üç təyyarə iştirak edib. Şura üzvlərinin yaşadığı dördmərtəbəli ev tamamilə dağılıb. İranlı zabitlər üçün yataqxana kimi xidmət edən malikanə İran səfirliyinin yaxınlığında yerləşir. Ərazidə həmçinin Fələstinin bir neçə təşkilatının da qərargahı yerləşir.

Mənbə: TASS

Top
0.24720096588135