kriminal.az
Ermənistanın Rusiyaya malların təkrar ixracı imkan verdi ki, xaricdən, o cümlədən Qərbdən silah alışının həcmini xeyli artırsın

Ermənistanın Rusiyaya malların təkrar ixracı hesabına sürətlə zənginləşməsi İrəvana imkan verdi ki, xaricdən, o cümlədən Qərbdən silah alışının həcmini xeyli artırsın.

Rusiya-Ermənistan münasibətləri yalnız Rusiya ilə Ermənistanın məsələsidir. Amma bir şərtlə ki, bu, ölkəmizin maraqlarına və təhlükəsizliyinə toxunmasın.

Rusiya və Qərb Ermənistanı silahlandırmaqla, iqtisadi göstəricilərini gücləndirməklə sülh perspektivini ləngidir və regionumuzun təhlükəsizliyinə xələl gətirir.

Artıq Ermənistan hakimiyyəti bir neçə il əvvəlkindən qat-qat “cəsarətli” davranır.

Yavaş-yavaş ermənilər məğlubiyyət şokundan uzaqlaşır və erməni məsələsi üzrə ənənəvi müttəfiqlər yenidən regiondakı geosiyasi layihəsini dəstəkləməkdə birləşirlər.

Rəsmi Bakı buna səssiz qala bilməz və qalmayacaq da.

Top
0.073108196258545