kriminal.az
Monqolustanda güclü partlayış: Çox sayda ölən var - YENİLƏNİB + FOTO/VİDEO

Monqolustanın paytaxtı Ulan-Batorda baş verən güclü partlayış barədə rəsmi açıqlama verilib.
 
Belə ki, Monqolustanın baş nazirinin müavini Saynbuyanqiyn Amarsayxanın məlumatına görə, partlayış nəticəsində azı beş nəfər həlak olub. 

Onların arasında üç xilasedici və iki mülki şəxs var. 

Hökumət rəsmisi 15 nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: TASS

01:15

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 60 ton qaz daşıyan yük maşını partlayıb.

Bildirilib ki, hadisəyə səbəb yol-nəqliyyat hadisəsi olub. Partlayışdan sonra başlayan yanğın yaşayış binasına və bazara keçib.

Partlayış dalğası hətta episentrdən yüzlərlə metr aralıda da hiss olunub.

İlkin məlumatlara görə, fövqəladə hadisə nəticəsində azı 24 nəfər ölüb, onlardan üçü yanğınsöndürəndir.

Mənbə: CentralAsia

Top
0.088728189468384