kriminal.az
İran proksiləri ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib

“İraqın İslam Müqaviməti” şiə hərəkatının silahlıları Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasına hücum edib.

Qeyd olunur ki, bu, son bir neçə gün ərzində İranın proksi qüvvələrinin ABŞ-nin hərbi bazasına beşinci hücumudur.

Hələlik Birləşmiş Ştatlar administrasiyası məlumatı şərh etməyib.

Mənbə: Al Mayadeen

Top
0.11682295799255