kriminal.az
Tokatda yanğın baş verib - VİDEO

Türkiyənin Tokat şəhərinin Yeniyurt səmtində Hüseyn Akbaş İdman Salonunun tikintisində yanğın baş verib.

Məlumata görə, tikinti sahəsinin yataqxana hissəsində başlayan yanğın anbara da keçib. Daha sonra anbardakı oksigen balonları partlayıb.

Hadisə yerində çox sayda tibbi, xilasetmə və polis qrupları çalışır. Xəsarət alan üç nəfər təcili yardımla xəstəxanaya çatdırılıb.

Mənbə: sabah.com

Top
0.085464954376221