kriminal.az
Türkiyə Super Liqası: “Fənərbağça” qalib gələrək liderliyini davam etdirdi - VİDEO

Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir. 

Lider “Fənərbağça” səfərdə “Antalyaspor”la üz-üzə gəlib. 

Matçın taleyini iki qol həll edib. Çengiz Ünderin 42-ci və Batşuayinin 90+5-ci dəqiqədə vurduğu toplar qonaqların qələbəsini təmin edib - 0:2. 

Bu nəticədən sonra “Fənər” xallarının sayını 63-ə çatdıraraq liderliyini davam etdirir və eyni xala malik “Qalatasaray”ı top fərqilə üstələyir. “Antalyaspor” isə 34 xalla 6-cıdır. 

 

Top
0.10641098022461