kriminal.az
Müller “Bavariya”da rekorda imza atdı - VİDEO

“Bavariya”nın  Münhenqladbax “Borussiya”sı üzərindəki qələbəsi (3:1) birincilərin hücumçusu Tomas Müller üçün əlamətdar olub.  

Futbolçu “Bavariya” ilə 500-cü qələbəsini qazanıb.  

Münhen klubunun Mətbuat Xidmətinin verdiyi məlumata görə, Müller 500-cü qələbə həddinə çatan ilk “Bavariya” oyunçusu olub.  

O, indiyədək klubun heyətində 690 matç keçirib və 72,47% qalibiyyət nisbəti ilə ən yaxşı göstəriciyə malik futbolçudur. 

Mənbə: euro-football.ru 

Top
0.096724987030029