kriminal.az
Mbappe qəti qərar verdi

Fransalı hücumçu Kilian Mbappe cari mövsümün sonunda PSJ-dən “Real Madrid”ə keçməyə qərar verib.  

Məlumata görə, futbolçunun kral klubu ilə müqaviləsinin məbləği komanda tarixində ən böyük ola bilər. 

Qeyd edək ki, hücumçunun ispan klubuna azad agent kimi keçəcəyi bildirilir. Belə ki, 2024-cü ilin iyununda onun PSJ ilə müqaviləsi bitəcək.  

Xatırladaq ki, Mbappenin 25 yaşı var və o, 2018-ci ildən PSJ-də çıxış edir. 

Mənbə: TASS 

Top
0.12609195709229